"Araz-Naxçıvan" klubunun baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 20-ci turunda "Sumqayıt"la keçirilən görüşdən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının vacib qələbə qazandığını bildirib. Onun sözlərinə görə, futbolçular meydanda sonadək mübarizə aparıblar və böyük istək nümayiş etdiriblər.
“Bu gün yaxşı oynadıq və vacib qələbə qazandıq. Çox istəkli idik, futbolçuların gözündə alov var idi, sona qədər mübarizə apardılar. Belə oyunlarda qalib gəlmək çox önəmlidir. Futbolçularda özünə inamı gördük. Ancaq öyrənməli olduğumuz məqamlar var. Oyuna görə futbolçulara təşəkkür etdim”, - deyə Demçenko söyləyib.
Sistem və psixoloji durumla bağlı da açıqlama verən Demçenko komandadakı atmosferin müsbət olduğunu vurğulayıb.
