Bundesliqa: “Auqsburq” autsayderi minimal hesabla məğlub etdi

15 Fevral 2026 21:18
85
Bundesliqa:  “Auqsburq” autsayderi minimal hesabla məğlub etdi

“Auqsburq” Bundesliqanın 22-ci turunda “Haydenhaym” üzərində 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini penalti həll edib. Görüşün 80-ci dəqiqəsində Aleksis Klod-Moris yeganə qolu vurub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran komanda turnir cədvəlində 11-ci pilləyə yüksəlib və növbəti turda səfərdə “Volfsburq”la üz-üzə gələcək. “Haydenhaym” isə 13 xalla sonuncudur.

İdman.Biz