Liqa 1: “Loryan” “Anje”ni məğlub etdi, “Oser” “Metz”ə qalib gəldi - YENİLƏNİR

15 Fevral 2026 22:29
94
Liqa 1: “Loryan” “Anje”ni məğlub etdi, “Oser” “Metz”ə qalib gəldi - YENİLƏNİR

“Loryan” Fransa çempionatının 22-ci turunun ev matçında “Anje”ni məğlub edib — 2:0.

İdman.Biz xəbər verir ki, Hesabı doqquzuncu dəqiqədə Pablo Paji açıb. 58-ci dəqiqədə Jan-Viktor Makenqo meydan sahiblərinin üstünlüyünü artırıb.

“Loryan” 31 xal toplayaraq Liqa 1-in turnir cədvəlində doqquzuncu yerə yüksəlib. “Anje” (29 xal) 11-ci pilləyə enib.

Paralel matçda “Oser” öz meydanında “Metz”i 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Lassine Sinayoko və Kevin Danua vurublar, həmçinin Sadibu Sane topu öz qapısına göndərib. Qonaqların yeganə qolunu Natan Mbala vurub.

“Oser” 17 xalla çempionatda 16-cı pillədədir, “Metz” (13 xal) isə sonuncu — 18-ci yerdədir.

20:38

“Havr” Fransa Liqa 1-in 22-ci turunda “Tuluza”nı məğlub edib – 2:1.

İdman.Biz xəbər verir ki, meydan sahibləri matçın böyük hissəsini azlıqda keçiriblər. Artıq ikinci Aruna Sanqante qırmızı vərəqə alıb.

Buna baxmayaraq, “Havr”a qələbəni İssa Sumare qazandırıb. Seneqallı futbolçu 43 və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. Qonaqların yeganə qolunu isə ilk hissənin sonlarında Jibril Sidibe vurub.

Bu nəticədən sonra “Havr” 26 xalla 13-cü pillədə qərarlaşıb. “Tuluza” isə 30 xalla 10-cu sıradadır.

İdman.Biz