Super Liqa: “Beşiktaş”dan 90+6-cı dəqiqədə gələn qələbə - YENİLƏNİB + VİDEO

15 Fevral 2026 23:32
416
Super Liqa: “Beşiktaş”dan 90+6-cı dəqiqədə gələn qələbə - YENİLƏNİB + VİDEO

Türkiyə Super Liqasının 22-ci turunda “Beşiktaş” səfərdə “Başakşehiri” 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı meydan sahibləri açıblar. Alman hücumçu Davie Selke 36-cı dəqiqədə fərqlənib. 43-cü dəqiqədə isə Hyeon-Qyu Oh tarazlığı bərpa edib.

İkinci hissədə qonaqlar önə keçiblər. 58-ci dəqiqədə Orkun Kökçü komandasını hesabda irəli çıxarıb. Lakin 88-ci dəqiqədə oyuna sonradan daxil olan Bertuğ Yıldırım baş zərbəsi ilə bərabərliyi təmin edib.

Matçın taleyini əlavə olunmuş vaxt həll edib. 90+6-cı dəqiqədə Mustafa Erhan Hekimoğlu “Beşiktaş”a dramatik qələbə qazandırıb.

Bu nəticədən sonra “Beşiktaş” xalını 40-a yüksəldib və beşinci pillədəki yerini qoruyub. “Başakşehir” isə 33 xalla rəqibindən bir pillə gedirədir.

20:44

Super Liqanın 22-ci turunda “Göztepe” "Kayserispor"u qonaq edib. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Hazırda "Göztepe" turnir cədvəlində 41 xalla dördüncü, "Kayserispor" isə 16 xalla 17-cidir.

18:04

Türkiyənin "Kocaelispor" klubu Super Liqanın 22-ci turunda doğma meydanda "Qaziantep" üzərində inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Selçuk İnanın rəhbərlik etdiyi kollektiv Burak Yılmazın komandası ilə qarşılaşmada 3:0 hesabı ilə üstün olub.

"Kocaelispor"a qələbəni gətirən qolları 36-cı dəqiqədə Daniel Aqyei, 76-cı dəqiqədə Serdar Dursun və 81-ci dəqiqədə Riqoberto Rivas vurublar.

Bu nəticə ilə ardıcıl ikinci qələbəsini qazanan "Kocaelispor" xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində yeddinci sıraya yüksəlib. "Qaziantep " isə 28 xalla doqquzuncudur.

Növbəti turda "Kocaelispor" səfərdə "Çaykur Rizespor"un qonağı olacaq, "Qaziantep " isə öz meydanında "Trabzonspor"u qəbul edəcək.

İdman.Biz