Yeni dövr başladı - “Nottingem Forest” baş məşqçisini açıqladı

15 Fevral 2026 19:34
72
Yeni dövr başladı - “Nottingem Forest” baş məşqçisini açıqladı

İngiltərənin "Nottingem Forest" klubu Vitor Pereyranın baş məşqçi postuna gətirildiyini rəsmən elan edib.

İdman.Biz xəbər verir ki, 57 yaşlı portuqaliyalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Bu, 2025/26 mövsümündə komandanın dördüncü daimi çalışdırıcısıdır. Klub daha əvvəl Nunu Eşpiritu Santu, Anqe Postekoqlu və Şon Dayç ilə yollarını ayırmışdı.

Pereyra 2025-ci ilin noyabrında "Vulverhempton"dan göndərilmişdi. O, karyerası ərzində "Portu", "Əş-Şabab", "Flamenqo", "Korintians", "Fənərbağça", "Şanxay SIPG",

"Olimpiakos" və digər klubları çalışdırıb. “Portu” onun rəhbərliyi altında iki dəfə ölkə çempionu olub. Mütəxəssis həmçinin "Olimpiakos" və "Şanxay"a da titul qazandırıb.

26 turdan sonra "Nottingem Forest" İngiltərə çempionatında 27 xalla 17-ci pillədə qərarlaşıb.

İdman.Biz