İngiltərə Kubokunun dördüncü raundunda “Arsenal” doğma meydanda “Uiqan Atletik”i 4:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Londondakı “Emireyts” stadionunda keçirilib.
Hesab 11-ci dəqiqədə açılıb. Noni Madueke londonluları irəli çıxarıb. 19-cu dəqiqədə Qabriel Martinelli üstünlüyü artırıb. 23-cü dəqiqədə Cek Hant topu öz qapısına göndərib. 27-ci dəqiqədə isə Qabriel Jesus fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Turnirin son qalibi “Kristal Palas”dır. Komanda finalda “Mançester Siti”ni 1:0 hesabı ilə üstələyib.
20:24
“Lids” İngiltərə Kubokunun 1/8 finalına yüksəlib, Birinci liqa təmsilçisi “Birmingem Siti”ni üstələyib.
idman.Biz xəbər verir ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Lukas Nmeçanın qoluna meydan sahibləri Patrik Robertsin dəqiq zərbəsi ilə cavab veriblər.
Penaltilər seriyasında daha dəqiq olan tərəf “Lids” futbolçuları olub – 4:2.
Paralel oyunlarda nəticələr belə olub:
“Qrimsbi Taun” doğma meydanda “Vulverhempton”a uduzub – 0:1.
“Oksford Yunayted” öz meydanında “Sanderlend”ə məğlub olub – 0:1.
“Stok Siti” isə doğma divarlar arasında “Fulhem”dən zəif olub – 1:2.
