İtaliya A Seriyasının 25-ci turunda "Udineze" öz meydanında "Sassuolo"nu qəbul edib.
İdman.Biz xəbər verir ki, ev sahibləri hesabı erkən açıblar. 10-cu dəqiqədə Yurgen Ekkelenkampın ötürməsindən sonra Umar Sole fərqlənib.
Fasilədən sonra qonaqlar oyunun gedişini qısa müddətdə dəyişiblər. Əvvəlcə Arman Loryente tarazlığı bərpa edib, növbəti hücumda isə Andrea Pinamonti Ulisses Qarsiyanın ötürməsini başla tamamlayaraq komandasını önə keçirib - 2:1.
"Udineze" künc zərbəsindən sonra Nikolo Bertola ilə qol vursa da, epizod əl oyunu səbəbindən ləğv edilib.
Bu nəticədən sonra hər iki komandanın hesabında 32 xal var və onlar turnir cədvəlində doqquzuncu pilləni bölüşürlər.
