Yamalın adı təcavüz hadisəsində hallandırılıb

10 Fevral 2026 10:21
104
Yamalın adı təcavüz hadisəsində hallandırılıb

İdman ictimaiyyətində sürətlə yayılan xəbərdə iddia olunur ki, hollandiyalı bir qadın Ansu Fatinin qardaşını zorlamada ittiham edir və hadisənin Yamalın evində baş verdiyi bildirir.

İdman.Biz xəbər verir ki, “ABC Cataluna” nəşr hətta polis araşdırmasının aparıldığını da yazıb. Lakin məsələ qısa müddət sonra Mossos d'Esquadra (Kataloniya polisi) tərəfindən təkzib olunub.

Daha sonra eyni media qurumu paylaşımı silib və materialda düzəliş edərək hüquq-mühafizə orqanlarının Yamalın evinin hadisə ilə heç bir əlaqəsinin olmadığını təsdiqlədiyini qeyd edib.

Qeyd edək ki, xəbərdə qadının gecə klubunda keçirilən əyləncədən sonra Lamin Yamalın evində oyandığı və demək olar heç nə xatırlamadığını iddia edilirdi. Qadın Ansu Fatinin qardaşının yanında oyandığını və onu cinayətkar kimi təqdim etdiyini bildirib.

İdman.Biz