“Sabah” klubu cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb

9 Fevral 2026 13:20
113
“Sabah” klubu cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb

“Sabah” klubu cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb.

İdman.Biz xəbər verir ki, “bayquşlar” bunu Misli Premyer Liqasının 19-cu turunda bacarıb.

Bakı klubunun “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub etdiyi matçdakı sonuncu qolu yubileylə əlamətdar olub. 68-ci dəqiqədə fərqlənən Xəyal Əliyev 40-cı topun müəllifidir.

“Sabah” ötən mövsüm çempionatda cəmi 50 qola imza atmışdı. Komanda 48 xalla mövsümü beşinci pillədə başa vurmuşdu və 40-cı topa yalnız 30-cu turda çata bilmişdi.

Qeyd edək ki, “Sabah” hazırda 19 oyundan sonra 46 xalla turnir cədvəlinin vahid lideridir.

İdman.Biz