Elvin Cəfərquliyev “Qarabağ”ı tərk edir? - Klubdan İdman.Biz-ə AÇIQLAMA

9 Fevral 2026 15:43
130
Elvin Cəfərquliyev “Qarabağ”ı tərk edir? - Klubdan İdman.Biz-ə AÇIQLAMA

“Qarabağ” rəhbərliyinin millimizin üzvü Elvin Cəfərquliyevə illik 400 min dollar (680 min manat) məbləğində əməkhaqqı nəzərdə tutan müqavilə təklif etdiyi iddia olunur.

Məsələ ilə bağlı İdman.Biz “Qarabağ” futbol klubunun mətbuat xidmətinə soruğu ünvanlayıb.

“Hansısa bir futbolçunun gəlişi, gedişi və ya müqavilə müddətinin uzadılması ilə bağlı rəsmi qərar qəbul olunarsa, bu barədə klubun rəsmi saytı və sosial şəbəkə kanalları vasitəsilə ictimaiyyətə məlumat veriləcək”, - deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, Elvin Cəfərquliyev 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

İdman.Biz