Misli Premyer Liqasının 19-cu turunun “İmişli” - “Kəpəz” oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesab açılmayıb.
Bu oyundan sonra turnir cədvəlində “İmişli” 19 xalla doqquzuncu yerdədir. “Kəpəz” 13 xalla on birinci yerdə qərarlaşıb.
15:36
Misli Premyer Liqasının 19-cu turunun “İmişli” - “Kəpəz” oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, ilk hissədə matçda hesab açılmayıb.
15:26
Misli Premyer Liqasının 19-cu turunun “İmişli” - “Kəpəz” oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
14:31
Misli Premyer Liqasının 19-cu turunun “İmişli” - “Kəpəz” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Fərid Hacıyev idarə edir.
14:05
“İmişli” Misli Premyer Liqasının 19-cu turunda Quba Olimpiya Kompleksinin stadionunda “Kəpəz”i qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 14:30-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 79. Dioqo Kardozu.
Baş məşqçi: Jorje Kaşkilya.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.
09:27
Bu gün Misli Premyer Liqasının 19-cu turunun oyunu “İmişli” “Kəpəz” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Fərid Hacıyev idarə edəcək.
“İmişli” 18 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. 12 xala malik “Kəpəz” isə on birincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 19-cu tur
9 fevral (bazar ertəsi)
14:30. “İmişli” - “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu
Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib.
