“Hər oyunda qol vurduğuma görə çox sevinirəm”.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Xəyal Əliyev deyib.
O, Misli Premyer Liqasının 19-cu turunun oyununda “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə üstələdikləri oyunla bağlı fikirlərini bölüşüb:
“İnşallah qollarım davamlı olar. Növbəti matçda da fərqlənmək və azarkeşlərimizi sevindirmək istəyirəm”.
Azərbaycan millisinin üzvü Bakı təmsilçisinin çempionatda ardıcıl qələbələr qazanmasına toxunub:
“Hər oyuna qalibiyyət üçün çıxırıq. Ümid edirəm ki, bütün qarşılaşmalarda qələbə qazanacağıq. Komandada əhval-ruhiyyə bomba kimidir. İnşallah hər şey yaxşı olacaq”
Qeyd edək ki, 46 xalla Premyer Liqanın vahid lideri olan “Sabah” 20-ci turda “Qəbələ”nin qonağı olacaq.
