Almaniyalı həvəskar hakim Paskal Kayzer ötən gecə öz evinin qarşısında fiziki hücuma məruz qalıb.
İdman.Biz “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, hadisə onun bir həftə əvvəl “Köln” futbol klubunun “Reyn Enerji Steydium”da ictimai şəkildə öz həmcinsinə evlilik təklifi etməsindən sonra baş verib.
Qeyd olunur ki, hücumdan bir gün əvvəl Kayzer yaşadığı ünvanın qeyd olunduğu açıq hədələr aldığını bildirib. O, polisə müraciət etsə də, hüquq-mühafizə orqanları ciddi təhlükə olmadığını qeyd edib.
Kayzerin sözlərinə görə, təxminən 20 dəqiqə sonra siqaret çəkmək üçün bağçaya çıxarkən üç nəfər onu gözləyərək zorakılıq tətbiq edib. Hakim hücumun məhz stadiondakı evlilik təklifi ilə bağlı olduğunu düşünür.
Nəticədə o, sağ göz nahiyəsindən xəsarət alıb.

