Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

9 Fevral 2026 09:57
101
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

Bu gün Misli Premyer Liqasının 19-cu turu çərçivəsində ikinci qarşılaşma “Azersun Arena” stadionunda baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” “Karvan-Yevlax”ı qəbul edəcək.

Oyun saat 18:30-da başlayacaq. “Turan Tovuz” 30 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. 6 xala malik “Karvan-Yevlax” isə on ikincidir.

Misli Premyer Liqası
İkinci dövrə, 19-cu tur
9 fevral (bazar ertəsi)
18:30. “Turan Tovuz” - “Karvan-Yevlax”

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədo
“Azersun Arena”

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib.

İdman.Biz