“Mançester Yunayted”in sabiq müdafiəçisi Ues Braun klub üçün ən uyğun baş məşqçinin adını çəkib. Onun fikrincə, bu posta Zinəddin Zidan ideal namizəddir.
İdman.Biz xəbər verir ki, sabiq futbolçu bu barədə yerli KİV-ə verdiyi müsahibədə söyləyib.
U. Braun bildirib ki, “Mançester Yunayted”də indiyədək çoxlu tanınmış məşqçilər çalışıb və hazırda uyğun mütəxəssis tapmaq çətindir.
Sabiq futbolçu Zidanın bu siyahıya mütləq daxil edilməli olduğunu vurğulayıb. O qeyd edib ki, fransalı mütəxəssisin komandaya rəhbərlik etmək üçün lazım olan aura və xarakteri var, xüsusilə də bir neçə adlı-sanlı məşqçi dəyişmiş kollektivdə.
