Londonun “Tottenhem” klubu yarımmüdafiəçi Konor Qallaherin transferinə görə peşmanlıq yaşayır.
İdman.Biz xəbər verir ki, “Topskills Sports UK”nin məlumatına görə, klub futbolçuya xərclənən böyük məbləğin özünü doğrultmadığını düşünür.
Mənbə bildirir ki, Qallaherin “Atletiko”da ehtiyat oyunçular skamyasında qalması təsadüfi deyildi və onun oyun səviyyəsi Madrid klubunu qane etmirdi.
Məhz bu səbəbdən “Atletiko” rəhbərliyi bir neçə ay ərzində futbolçunu satmağa çalışıb. 26 yaşlı yarımmüdafiəçi yanvarın ortalarında “Tottenhem”ə keçib və 2031-ci ilə qədər müqavilə imzalayıb. O, yeni klubunun heyətində üç oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
