Nüfuzlu “FOX Sports” Səudiyyə Ərəbistanı Pro Liqası ilə əməkdaşlığı dayandırıb

7 Fevral 2026 13:00
132
Nüfuzlu “FOX Sports” Səudiyyə Ərəbistanı Pro Liqası ilə əməkdaşlığı dayandırıb

Səudiyyə Ərəbistanının futbol üzrə əsas liqası - Pro-Liqası ciddi maliyyə itkisi ilə üzləşib.

İdman.Biz xəbər verir ki, “FOX Sports” Səudiyyə çempionatı ilə əməkdaşlığı dayandıran ilk böyük beynəlxalq yayımçı olub və bu qərar Kriştianu Ronaldu ətrafında davam edən boykot fonunda verilib.

Məlumata görə, liqa qlobal media və kommersiya layihələri üzrə artıq təxminən 2,4 milyard dollar zərərə düşüb. Mənbə bildirir ki, bu hadisə Səudiyyə Pro-Liqasının beynəlxalq imici üçün dönüş nöqtəsi ola bilər.

Çempionat ətrafında baş verən proseslər isə dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

Qeyd edək ki, Kriştianu Ronaldu son transfer siyasətindən narazı qaldığı üçün “Əl-Nəsr”in oyunlarını boykot edir.

İdman.Biz
Məqalədə: