Premyer Liqa: “Nottinqem Forest” azlıqda qalsa da məğlubiyyətdən xilas olub – YENİLƏNİR + VİDEO

1 Fevral 2026 21:31
163
Premyer Liqa: “Nottinqem Forest” azlıqda qalsa da məğlubiyyətdən xilas olub – YENİLƏNİR + VİDEO

İdman.Biz xəbər verir ki, “Nottinqem Forest” və “Kristal Palas” arasında keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahibləri matçın beşinci dəqiqəsində Morqan Gibbs-Uaytın qolu ilə hesabda önə keçiblər. Lakin ilk hissənin sonlarında “Nottinqem Forest” azlıqda qalıb. Niko Uilyams cərimə meydançasında rəqibin zərbəsini əllə kəsdiyinə görə birbaşa qırmızı vərəqə alıb və penalti təyin edilib. İsmayla Sarr fasiləyə saniyələr qalmış hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Nottinqem Forest” 26 xalla turnir cədvəlində 17-ci pillədə qalıb və düşmə zonasından altı xal irəlidədir. “Kristal Palas” 29 xalla 14-cü yerə yüksəlib.

20:25

İngiltərə Premyer Liqasının 24-cü turun oyununda “Mançester Yunayted” öz meydanında “Fulhem”i qəbul edib. “Old Trafford” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşdə hesab 19-cu dəqiqədə Kazemironun qolu ilə açılıb. 56-cı dəqiqədə Mateuş Kunyanın dəqiq zərbəsi “Mançester Yunayted”in üstünlüyünü iki topa çatdırıb.

85-ci dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenez penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Kevin hesabı bərabərləşdirib. Lakin oyunun son sözünü 90+4-cü dəqiqədə Benyamin Şeşko deyib və “qırmızı şeytanlar”a qələbə qazandırıb.

Bu nəticədən sonra “Mançester Yunayted” 41 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Fulhem” isə 34 xalla səkkizinci sıradadır.

Növbəti turda “Mançester Yunayted” fevralın 7-də doğma meydanda “Tottenhem Hotspur”u qəbul edəcək. “Fulhem” isə həmin gün öz meydanında “Everton”la üz-üzə gələcək.

20:14

İngiltərə Premyer Liqasının 24-cü turun oyununda “Aston Villa” öz meydanında “Brentford”u qəbul edib. “Villa Park” stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

İdman.Biz xəbər verir ki, Matçın 42-ci dəqiqəsində “Brentford”un futbolçusu Kevin Şade qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, qonaqlar hesabı qorumağı bacarıb. Qarşılaşmada yeganə qolu 45+1-ci dəqiqədə Danqo Uattara vurub.

Bu nəticədən sonra “Aston Villa” 46 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Brentford” isə 36 xalla yeddinci sırada yer alır.

Növbəti turda “Aston Villa” fevralın 7-də səfərdə “Bornmut”la qarşılaşacaq. “Brentford” isə həmin gün “Nyukasl”ın qonağı olacaq.

İdman.Biz
Məqalədə: