Eden Azar: “Barselona”ya keçmək? Xeyr, uşaqlıqdan “Real”da oynamağı arzulamışam

31 Yanvar 2026 13:20
130
Eden Azar: “Barselona”ya keçmək? Xeyr, uşaqlıqdan “Real”da oynamağı arzulamışam

Madridin "Real" və Londonun "Çelsi" klublarının sabiq hücumçusu Eden Azar əgər şərait yaranacağı təqdirdə "Barselona" ilə müqavilə imzalayıb-imzalamayacağı ilə bağlı sualı cavablandırıb.

"Xeyr. Uşaqlıqdan "Real"da çıxış etməyi arzulamışam. Futbola yeni başlayanda da həmişə atama deyirdim ki, "Real"a keçmək istəyirəm. Əlbəttə, "Barselona" öz oyun üslubu, Messi ilə birlikdə cəlbedicidir... amma "İrəli, Madrid", dostum", – deyə Azar "The Touchline" "YouTube" layihəsinə açıqlamasında qeyd edib.

Qeyd edək ki, belçikalı hücumçu 2019–2023-cü illərdə "Kral klubu"nun formasını geyinib. Bu müddət ərzində o, bütün turnirlərdə 76 oyuna çıxıb, yeddi qol vurub və 12 məhsuldar ötürmə edib. Eden Azar 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.

İdman.Biz
Məqalədə: