“Bavariya” azarkeşləri üçün pis xəbər

30 Yanvar 2026 15:28
67
“Bavariya” azarkeşləri üçün pis xəbər

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Leon Qoretskanın Münhen təmsilçisini tərk etməyə hazırlaşdığı bildirilir.

İdman.Biz xəbər verir ki, Qoretska bu barədə sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərə duyğulu şəkildə müraciət edib.

Alman futbolçu klubla keçirdiyi illərin onun karyerasında xüsusi yer tutduğunu vurğulayıb.

“Kluba çox şey borcluyam. Ortak məqsədimiz odur ki, may ayında sizinlə birlikdə ən böyük titulları qeyd edək”, – deyə Qoretska yazıb.

Qeyd edək ki, Leon Qoretska “Bavariya”nın formasını səkkiz il geyinib. O, bu müddət ərzində demək olar ki, hər mövsüm titul qazanıb və klubun uğurlarında mühüm rol oynayıb.

İdman.Biz
Məqalədə: