Balaca azarkeşin Elvin Cəfərquliyevlə zarafatı gündəm oldu - VİDEO

Xəbərlər
27 Yanvar 2026 13:01
118
Balaca azarkeşin Elvin Cəfərquliyevlə zarafatı gündəm oldu - VİDEO

İngiltərədə aeroportda “Qarabağ”ı qarşılamağa gələn balaca azarkeş Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyevlə zarafat edib.

İdman.Biz xəbər verir ki, komandanı hava limanında qarşılayan azyaşlı azarkeşlərdən biri Elvin Cəfərquliyevin yanına gələrək son vaxtlar gündəmdə olan “Başuva” ifadəsini səsləndirib.

Məlumat üçün bildirək ki, Şirvan şəhərində dönər satan kişi bu ifadə ilə trend olub. Kişinin “Başına dönərəm” deyərək videolar paylaşması onu sosial şəbəkələrdə məşhur edib.

Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Ayntraxt”la oyundan sonra Elvin Cəfərquliyev aparıcının əlindən mikrofonu alaraq “Başuva” deyib və bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, matçda “Qarabağ” Almaniyanın “Ayntraxt Frankfurt” komandası üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində “Liverpul” və “Qarabağ” komandaları üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. “Qarabağ” 7 oyundan sonra 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz