Veliçko Kaplanoviç: “İlk hissədə oyunu itirdik”

Xəbərlər
25 Yanvar 2026 23:40
93
Veliçko Kaplanoviç: “İlk hissədə oyunu itirdik”

Misli Premyer Liqasının 17-ci turunda “Turan Tovuz”a səfərdə 1:2 hesabı ilə uduzan “Sumqayıt”ın baş məşqçisi Veliçko Kaplanoviç komandasının məğlubiyyətinin əsas səbəblərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın ilk hissəsində nümayiş etdirilən oyunu qaneedici hesab etməyib. Onun fikrincə, xüsusilə standart vəziyyətlərdə yol verilən boşluqlar “Turan Tovuz”un üstünlüyünü təmin edib və hesabın daha da böyüməsi real təhlükə olub.

Kaplanoviç ikinci hissədə komandanın daha yaxşı çıxış etdiyini, lakin oyunun gedişatını dəyişməyin mümkün olmadığını vurğulayıb. O, sadə epizodlardan buraxılan qollara görə peşman olduqlarını bildirib və ilk hissədə zəif oyuna baxmayaraq, Aleksander Ramalinqomun dirəyə tuş gələn zərbəsinin matçın dönüş nöqtələrindən biri ola biləcəyini qeyd edib.

“Sumqayıt”ın müdafiə xəttindəki problemlərə də toxunan Kaplanoviç mərkəz müdafiəçisi transfer edildiyini, lakin çatışmazlıqların hələ də qaldığını bildirib.

Mütəxəssis həmçinin Aleksa Yankoviçin son günlər məşq etməməsi, Səbuhi Abdullazadənin sağlamlıq durumu və Rüstəmin yoxluğunun “Turan Tovuz” kimi fiziki cəhətdən güclü komandaya qarşı mübarizəni çətinləşdirdiyini söyləyib.

İdman.Biz