İngiltərənin “Liverpul” futbol klubundan ayrılacağını açıqlayan Məhəmməd Salah Səudiyyə Ərəbistanı klublarının əsas hədəfi olaraq qalır.
İdman.Biz “TEAMtalk” portalına istinadla xəbər verir ki, Səudiyyə rəsmiləri ulduz futbolçunu Asiyaya gətirməkdə israrlıdırlar.
Səudiyyə Pro Liqası rəsmiləri 33 yaşlı hücumçunun nümayəndələri ilə yenidən əlaqə saxlayıblar.
Hazırda “Əl-İttihad” bu transferdə favorit hesab olunsa da, Salaha liqadakı istənilən klubu seçmək azadlığı verilib. Onun, həmçinin MLS və ya İtaliya A Seriyasına keçmək variantları da hələ ki, tam istisna edilmir.
