Türkiyə Superliqası: "Antalyaspor" "Gənclərbirliyi"ni məğlub etdi - YENİLƏNİR

Xəbərlər
25 Yanvar 2026 20:14
84
Türkiyə Superliqası: "Antalyaspor" "Gənclərbirliyi"ni məğlub etdi - YENİLƏNİR

Superliqanın 19-cu turunda "Gənclərbirliyi" "Antalyaspor"un qonağı olub.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 13-cü dəqiqədə qonaqlar açıb. Sekou Koita fərqlənib. 26-cı dəqiqədə ev sahibləri Dario Şariçin qolu ilə hesabı bərabərləşdirib. "Anatalyaspor"un qələbə qolunu 63-cü dəqiqədə Sander van de Strik vurub.

Qələbə ilə "Antalyaspor" xallarını 19-a çatdırıb.

19:00

Türkiyənin Superliqasının 19-cu turunda “Qaziantep” “Konyaspor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahibləri hesabı 45+3-cü dəqiqədə Deian Soreskunun qolu ilə açıb. “Konyaspor”u məğlubiyyətdən xilas edən qol isə 88-ci dəqiqədə Blaz Kramer tərəfindən vurulub.

Bu nəticədən sonra qələbəsizlik seriyası altı oyuna çatan “Qaziantep”nin xalı 25-ə yüksəlib. Qələbə həsrəti doqquz oyuna çatan “Konyaspor” isə 19 xalla kifayətlənib.

Növbəti turda “Qaziantep” səfərdə “Gənclərbirliyi” ilə, “Konyaspor” isə “Beşiktaş”la üz-üzə gələcək.

İdman.Biz