“Şamaxı” üçün 30-cu böyükhesablı məğlubiyyət

Xəbərlər
25 Yanvar 2026 19:35
106
“Şamaxı” üçün 30-cu böyükhesablı məğlubiyyət

Misli Premyer Liqasının 17-ci turu “Şamaxı” üçün yubiley məğlubiyyəti ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Şamaxı təmsilçisi evdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzub. Bu nəticə klubun Azərbaycan çempionatlarının yüksək dəstəsində ümumilikdə 30-cu böyükhesablı məğlubiyyəti kimi tarixə düşüb. Sözügedən məğlubiyyətlərdən doqquzu ev oyunlarının payına düşür.

Qeyd edək ki, daha əvvəl “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları ilə çıxış etmiş klubun yüksək dəstədə ilk böyükhesablı məğlubiyyəti 1999/2000 mövsümünə təsadüf edir. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda həmin oyunda 0:6 hesabı ilə məğlub olub.

Beləliklə, “Şamaxı”nın Premyer Liqa tarixində böyükhesablı məğlubiyyətlərinin sayı 30-a çatıb.

İdman.Biz
Məqalədə: