Ayxan Abbasov “Qəbələ” ilə oyunu şərh edib

Xəbərlər
24 Yanvar 2026 17:40
37
Ayxan Abbasov “Qəbələ” ilə oyunu şərh edib

Misli Premyer Liqasının 17-ci turunda “Şamaxı” doğma meydanda “Qəbələ”yə uduzub.

İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov matçdan sonrakı mətbuat konfransında qarşılaşmanı üzücü məğlubiyyət kimi dəyərləndirib.

“Bilirdik ki, çətin oyun olacaq. Fasilədən sonra yaxşı başlamaq önəmlidir. Birinci qola qədər oyun pis getmirdi. Neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. İkinci hissənin əvvəlində də qapımızda qol gördük. Bundan sonra oyunu çevirmək çətin olur”, - deyə baş məşqçi bildirib.

Mütəxəssis bu nəticənin komanda üçün dərs olacağını bildirib:

“Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də futbolçular rahatlaşmışdılar. Çempionat davam edir, uzun marafondur. Bilirəm ki, çətin olacaq, amma mübarizə aparacağıq”.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilən görüş “Qəbələ”nin 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz