Azərbaycan Premyer Liqası: “Şamaxı” “Qəbələ” ilə üz-üzə

Xəbərlər
24 Yanvar 2026 09:20
39
Azərbaycan Premyer Liqası: “Şamaxı” “Qəbələ” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasının 17-ci turunun oyunu “Şamaxı” “Qəbələ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 14:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək.

“Şamaxı” 20 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 8 xala malik “Qəbələ” isə on birincidir.

Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
24 yanvar (şənbə)
14:00. “Şamaxı” - “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib. 17-ci tura yanvarın 25-də yekun vurulacaq.

İdman.Biz