Azərbaycan Premyer Liqası: “İmişli” “Araz-Naxçıvan” ilə üz-üzə

Xəbərlər
23 Yanvar 2026 09:12
83
Azərbaycan Premyer Liqası: “İmişli” “Araz-Naxçıvan” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tura Quba Olimpiya İdman Kompleksinin stadionunda start veriləcək.

Günün ilk yarısında “İmişli” “Araz-Naxçıvan”ı qəbul edəcək. Naxçıvan təmsilçisi 26 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “İmişli” 17 xalla doqquzuncu sıradadır.

Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
23 yanvar (cümə)
14:30. “İmişli” - “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

İdman.Biz