Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb - VİDEO

22 Yanvar 2026 17:19
160
Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb - VİDEO

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turuna təsadüf edib.

Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Q.Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qeyd edək ki, Qurban Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib - 6:1.

blockquote class="instagram-media" data-instgrm-captioned data-instgrm-permalink="https://www.instagram.com/reel/DT2PXITCT3w/?utm_source=ig_embed&utm_campaign=loading" data-instgrm-version="14" style=" background:#FFF; border:0; border-radius:3px; box-shadow:0 0 1px 0 rgba(0,0,0,0.5),0 1px 10px 0 rgba(0,0,0,0.15); margin: 1px; max-width:540px; min-width:326px; padding:0; width:99.375%; width:-webkit-calc(100% - 2px); width:calc(100% - 2px);">