Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” futbol oyunu öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunda hazırlıq işləri davam edir.
İdman.Biz xəbər verir ki, arenada ötən gün yağan qar səbəbindən örtülmüş ot örtüyünün oyun üçün tam hazır vəziyyətə gətirilməsi məqsədilə təmizləmə və bərpa işləri aparılıb.
Hazırda stadionun meydançası qardan tamamilə təmizlənib və matçın keçirilməsi üçün uyğundur.
Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
“Qarabağ” hazırda yeddi xalla 25-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 33-cü sıradadır.
