Elmar Baxşıyev: “Həm “Qarabağ”, həm də “Ayntraxt” hücum futboluna üstünlük verəcəklər”

Xəbərlər
21 Yanvar 2026 11:58
42
Elmar Baxşıyev: “Həm “Qarabağ”, həm də “Ayntraxt” hücum futboluna üstünlük verəcəklər”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda bu gün Bakıda üz-üzə gələcək “Qarabağ” və “Ayntraxt” (Frankfurt, Almaniya) komandaları hücum futboluna üstünlük verəcəklər.

Bunu “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis şansları dəyərləndirib.

“Qarabağ” evdə oynadığı üçün şansların bərabər olduğunu düşünürəm. UEFA Çempionlar Liqasında hər komanda müydandan qalib ayrılmaq gücündədir. Bunu oyunlar da göstərir. Hər iki komanda üçün vacib görüş olduğuna görə hücum futboluna üstünlük verəcəklər. “Qarabağ” qələbə qazansa, yaxşı fürsət əldə etmiş olacaq”, - deyə o, “Report”a açıqlamasında bildirib.

Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” matçı Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz