İspaniyanın “Atletiko Madrid” futbol klubu “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomesi transfer etmək niyyətindədir.
İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçu uğrunda “Mançester Yunayted” və “Napoli” ilə rəqabət aparmağa hazırlaşır.
Bildirilir ki, Premyer Liqada sonuncu pillədə qərarlaşan “Vulverhempton”un liqadan düşmə təhlükəsi fonunda Joao Qomesin yayda klubunu tərk edəcəyi gözlənilir.
“Atletiko” bu mövqedə yeni oyunçu axtarışındadır, çünki Konor Qallaher 35 milyon funt sterlinq qarşılığında “Tottenhem”ə transfer olunub və bu, Madrid klubuna maliyyə baxımından manevr imkanı yaradıb.
Məlumata görə, “Atletiko Madrid”in Joao Qomes üçün artıq bu ay rəsmi addım ata biləcəyi də istisna olunmur.
