İngiltərə millisinin hücumçusu Ayven Touni yenidən Premyer Liqada çıxış edə bilər.
İdman.Biz xəbər verir ki, “Tottenhem” klubu futbolçunun transferi ilə maraqlanır və onu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Ayven Touni 2024-cü ilin yayından Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edir. O, bu müddət ərzində 59 oyuna çıxıb, 41 qol vurub və 8 məhsuldar ötürmə edib.
Məlumata görə, “Tottenhem” rəhbərliyi hücum xəttini gücləndirmək üçün Tounini əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
