Qurban Qurbanov brifinq keçirəcək

Xəbərlər
7 Yanvar 2026 10:48
66
Qurban Qurbanov brifinq keçirəcək

Yanvarın 9-da “Qarabağ”ın baş məşçisi Qurban Qurbanovun iştirakı ilə media nümayəndələri üçün brifinq təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, eyni gün “Azersun Arena”nın təlim-məşq bazasında komandanın açıq məşqi də baş tutacaq və məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Brifinq isə açıq məşqdən əvvəl keçiriləcək.

Xatırladaq ki, komanda qış hazırlığına 3 yanvar tarixində start verib və məşqlərini 10 yanvaradək Bakıda davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10-17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək.

İdman.Biz