ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi Mayamidəki həyatından danışıb.
İdman.Biz xəbər verir ki, hücumçunun açıqlamasını “Ole” nəşri dərc edib.
Argentinalı ulduz bildirib ki, Mayamidə daha sakit yaşayır və insanların futbola münasibəti Avropadan fərqlidir.
Messinin sözlərinə görə, yaşadıqları Mayami hissəsində həyat tərzi daha çox amerikasayağıdır və futbol əsas mövzu sayılmır.
Onun sözlərinə görə, Mayamidə də ailəsi ilə birlikdə nizamlı və sakit həyat tərzi sürür.
Futbolçu ailə həyatında uşaqların xüsusi rol oynadığını və onların gündəlik rejiminə uyğun yaşadıqlarını da qeyd edib.
Messi əlavə edib ki, uşaqlar dərsdən sonra məşqə gedir və valideynlər də onları daim müşayiət edir.
