Halk haqqında sənədli film çəkiləcək, stadionun önündə abidəsi ucaldılacaq

Xəbərlər
6 Yanvar 2026 10:12
56
Halk haqqında sənədli film çəkiləcək, stadionun önündə abidəsi ucaldılacaq

39 yaşlı braziliyalı hücumçu Halk karyerasını Braziliyanın “Atletiko Mineyro” klubunda başa vura bilər.

Bu barədə “X” sosial şəbəkəsində insayder Gilyerme Frossard məlumat yayıb.

Mənbənin məlumatına görə, klub futbolçuya karyerasının sonunadək komandada qalmağı nəzərdə tutan xüsusi plan təklif edib.

Həmin plana əsasən, Halk klubun gəlirlərindən müəyyən faiz əldə edəcək.

Eyni zamanda, onun Braziliya çempionatındakı son illərinə həsr olunmuş sənədli filmin çəkilməsi də nəzərdə tutulur.

Bundan əlavə, stadionun önündə futbolçunun abidəsinin ucaldılması planlaşdırılır.

Qeyd edək ki, Halk “Atletiko Mineyro”nun tarixində ən məhsuldar bombardirdir.

Xatırladaq ki, braziliyalı hücumçu 2012–2016-cı illərdə “Zenit”də çıxış edib və bu klubla Rusiya Premyer Liqasını, Rusiya Kubokunu və Rusiya Superkubokunu qazanıb.

İdman.Biz