Xabi Alonso: “Vinisius həmişə əsas fiqur olub və olacaq”

Xəbərlər
5 Yanvar 2026 09:12
67
Xabi Alonso: “Vinisius həmişə əsas fiqur olub və olacaq”

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Xabi Alonso La Liqanın 18-ci turunda “Betis” üzərində 5:1 hesablı qələbədən sonra Vinisiusun oyununu və komandadakı rolunu şərh edib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Vinisiusun komanda üçün fundamental əhəmiyyət daşıdığını və onun əvəzolunmaz fiqur olduğunu bildirib.

“Bizə çox kömək etdi, oyuna çox yaxşı daxil oldu və xüsusən də birinci hissədə çox faydalı idi. Vinisius israrlıdır və komandaya çox şey verir. Onun çıxışı və etdiyi hər şey xoşuma gəldi, onun fundamental rolu olacaq. İndi bizi Superkubokda “Atletiko” ilə oyun gözləyir və Vinisius çox vacib olacaq.

Biz hamımız bir-birimizi dəstəkləmək üçün buradayıq. Həm komanda, həm də fərdi baxımdan ən yaxşı formamızı göstərmək istəyirik. O, “Real” üçün əsas oyunçu olub, indi də elədir və həmişə də elə qalacaq. Əminəm ki, “Santyaqo Bernabeu” ona alqış edəcək. Buna şübhəm yoxdur”, - deyə Alonso vurğulayıb.

Qeyd edək ki, Vinisius oyuna start heyətində çıxıb və meydanda 77 dəqiqə keçirib. O, məhsuldar hərəkətlərlə yadda qalmayıb. Əvəzlənərkən isə bəzi madridli azarkeşlər tərəfindən fitə basılıb.

İdman.Biz