İspaniya La Liqası: “Real Sosyedad” və “Atletiko” heç-heçə ediblər - YENİLƏNİB + VİDEO

Xəbərlər
5 Yanvar 2026 02:27
112
İspaniya La Liqası: “Real Sosyedad” və “Atletiko” heç-heçə ediblər - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının 18-ci turunda “Real Sosyedad” və Madrid “Atletiko”su arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 50-ci dəqiqədə “Atletiko”nun hücumçusu Aleksander Serlot açıb. 55-ci dəqiqədə isə meydan sahiblərinin hücumçusu Qonsalu Qedeş cavab qolunu vurub.

İspaniya çempionatında 19 oyundan sonra Madrid “Atletiko”su 38 xal toplayıb və turnir cədvəlində üçüncü yeri tutur. “Real Sosyedad” isə 18 oyundan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.

23:57

“Jirona” La Liqanın 18-ci turunda səfərdə “Malyorka”nı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində qolları Viktor Tsıqankov və Vladislav Vanat vurublar.

“Jirona” bu qələbədən sonra 18 xalla 2025/26 mövsümü İspaniya çempionatının turnir cədvəlində 16-cı yerə yüksəlib. “Malyorka” da 18 xal toplayıb, lakin əlavə göstəricilərə görə “Jirona”nı qabaqlayaraq 15-ci pillədə qərarlaşıb.

Paralel oyunda “Alaves” evdə “Ovyedo” ilə 1:1 hesablı heç-heçə edib.

Meydan sahiblərinin heyətində Lukas Boye, qonaqlarda isə Federiko Vinyas fərqlənib.

“Alaves” 19 xalla La Liqanın turnir cədvəlində 13-cü yeri tutur, “Ovyedo” isə 12 xalla 20-ci pillədədir.

21:47

İspaniya La Liqasının 18-ci turunda Madrid “Real”ı və Sevilya “Betis”i arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Real”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın heyətində qolları Qonsalo Qarsiya (üç dəfə), Raul Asensio və Fransisko Qarsiya vurublar. “Betis”in yeganə qolunun müəllifi Kuço Ernandes olub.

“Betis” 2025/2026 mövsümündə La Liqanın turnir cədvəlində altıncı yeri tutur. Komanda 18 oyunda 28 xal toplayıb. “Real” isə 19 oyunda 45 xal qazanaraq ikinci pillədədir. İspaniya çempionatının turnir cədvəlinə 49 xalla “Barselona” başçılıq edir.

19:05

İspaniya La Liqasının 18-ci turunda “Sevilya” öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Levante”yə 0:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, matçda hesab 45+2-ci dəqiqədə qonaqların hücumçusu İker Losadanın qolu ilə açılıb. İkinci hissədə 77-ci dəqiqədə Karlos Espi fərqi iki topa çatdırıb. 90+2-ci dəqiqədə meydan sahiblərinin hücumçusu İsaak Romero penaltini dəqiq yerinə yetirə bilməyib. Oyuna əlavə olunmuş vaxtda - 90+4-cü dəqiqədə isə Karlos Alvares “Levante”nin üçüncü qolunu vuraraq hesabı darmadağın səviyyəsinə çatdırıb.

Bu qələbədən sonra “Levante” xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlinin 19-cu pilləsinə yüksəlib. “Sevilya” isə 20 xalla 11-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 49 xalla “Barselona” başçılıq edir.

İdman.Biz