“Turan Tovuz”da gözlənilməz ayrılıq

5 Yanvar 2026 02:17
252
“Turan Tovuz”da gözlənilməz ayrılıq

"Turan Tovuz" klubunun futbolçusu Aleks Souza ilə yollarını ayıracaq.

İdman.Biz xəbər verir ki, 24 yaşlı hücumçu rəhbərliyə yaxşı təkliflər aldığını çatdırıb.

Braziliyalı forvard bu səbəbdən komandada qalmaq istəmədiyini söyləyib.

Qərb təmsilçisi razılıq əldə olunsa, oyunçu ilə vidalaşacaq.

Qeyd edək ki, Aleks Souzanın "Turan Tovuz"la yayadək müqaviləsi var.

İdman.Biz
Məqalədə: