Vinisiusun son oyunda əsəbləşərək Alonsoya dediyi sözlər məlum olub

Xəbərlər
6 Yanvar 2026 10:36
54
Vinisiusun son oyunda əsəbləşərək Alonsoya dediyi sözlər məlum olub

İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior “Betis”lə oyun zamanı baş məşqçi Xabi Alonsoya emosional şəkildə dediyi sözlər məlum olub.

İdman.Biz xəbər verir ki, futbolçu baş məşqçiyə komanda yoldaşlarının həddindən artıq fərdi oynadığını və topu vaxtında ötürmədiklərini bildirib.

“Bu mümkün deyil, onlar topu ötürməlidirlər. Burada hamı topu özü vurmaq istəyir, sonra isə məni fitə basırlar. Qonsaloya deyin ki, o topu ötürməlidir. O bunu heç vaxt etmir, lənət olsun”, - deyə Vinisius kənardan məşqçiyə səslənib.

Qeyd edək ki, Qonsalo həmin oyunda debüt edib və het-triklə yadda qalıb.

İdman.Biz