“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk klubdan ayrıla bilər.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 26 yaşlı vingerin karyerasını ölkəsində davam etdirmək ehtimalı var.
Belə ki, “Polesye” klubu Kaşukun xidmətində maraqlıdır. Ukrayna təmsilçisinin qış “transfer pəncərəsi”ndə futbolçunu heyətinə qatmağa çalışacağı bildirilir.
Kaşukun “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Bununla belə, Ağdam klubu futbolçu ilə sözləşməni yeniləmək üçün danışıqlar aparır.
Qeyd edək ki, “Polesye” bu il “Qarabağ”dan Leandro Andrade-ni də heyətinə qatıb.
Xatırladaq ki, Aleksey Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir.
