Pelleqrini Xabi Alonsonun “Real” üçün hazır olduğunu söylədi

Xəbərlər
4 Yanvar 2026 17:55
57
Pelleqrini Xabi Alonsonun “Real” üçün hazır olduğunu söylədi

İspaniyanın “Real Madrid” komandasının sabiq baş məşqçisi Manuel Pelleqrini Xabi Alonsonun Madrid klubunda işləməyə tam hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, çilili mütəxəssis Xabi Alonsonun təcrübəsinə xüsusi diqqət çəkib.

“Mən “Real”ı çalışdırdığım dövrdə Xabi Alonso klubumuza keçmişdi və bu mənim üçün böyük şans idi. O, həm məşqçi, həm də futbolçu kimi geniş təcrübəyə malikdir. Həm “Real”da, həm “Liverpul”da, həm də milli komandada çıxış edib və öz rolunu yaxşı anlayır”, - deyə mütəxəssis bildirib

Pelleqrini Alonsonun çətinliklərlə mübarizə aparmaq bacarığını da vurğulayıb:

“Mən hesab edirəm ki, Xabi Alonso mövsüm ərzində bütün komandaların üzləşdiyi çətinlikləri və uğursuzluqları dəf etməyə tam hazırdır və buna qadirdir”.

O, “Real”da işləməyin məsuliyyətindən də danışıb:

“Klubda qoyulan tələblər həddindən artıq yüksəkdir. Mən bunu şəxsən yaşamışam. Biz 96 xal toplamışdıq, bu o vaxt klub tarixində ən yaxşı göstərici idi, amma bu elə bir klubdur ki, həmişə daha çoxunu tələb edir və məşqçi olaraq sən hər gün maksimumunu verməlisən”.

Pelleqrini heyətdəki vəziyyətə də toxunub:

“Mbappe vacib bombardirdir, amma bizdə nə İsko var, nə Amrabat, nə də Abde. Əldə olan futbolçular önəmlidir”.

Onun sözlərinə görə, uğurun əsas açarı mövcud heyətlə maksimum nəticə əldə etməkdir.

İdman.Biz