Braziliyanın “Fluminense” klubu 45 yaşlı qapıçı Fabio ilə müqavilənin müddətini 2027-ci ilin dekabrına qədər uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, Fabio peşəkar futbol tarixində rəsmi oyunların sayına görə rekordçudur və növbəti mövsüm “Fluminense”də artıq beşinci mövsümünü keçirəcək.
Qeyd olunur ki, 2025-ci ilin avqustunda Fabio peşəkar səviyyədə 1391-ci matçına çıxaraq dünya rekordunu müəyyənləşdirib. Bu göstərici ilə o, 1966-1997-ci illər arasında çıxış etmiş İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltonu geridə qoyub.
Fabio 2004-cü ildə Braziliya millisinin heyətində Amerika Kubokunun qalibi olub. 2023-cü ildə isə “Fluminense” ilə birlikdə Libertadores Kubokunu qazanıb.
