İspaniyanın “Barselona” komandasının sabiq yarımmüdafiəçisi Denis Suarez Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə keçməsinin karyerasında yanlış addım olduğunu hesab edir.
İdman.Biz “Post United” kanalına istinadla xəbər verir ki, Denis Suarez bu barədə 2017-ci ildə komanda yoldaşlarının Neymara dediyini də bildirib.
“Biz mövsümün ortasındayıq və Neymarın gələcəyi ilə bağlı yaranan bütün bu qarışıqlıq bizi heyrətləndirdi. Sonra bir məqamda bildik ki, o, gedəcək. “Se queda” fotosundan. Biz Jerar Pikenin onu paylaşmağa cəsarəti olmayacağını deməyə başlamışdıq, amma o, bunu paylaşdı”, - deyə Suarez söyləyib.
O əlavə edib ki, yaxın komanda yoldaşları onu qalmağa inandırmağa çalışdı və mən də düşünürəm ki, o, qalmalı idi:
“O, “Barselona”da ulduz olacaqdı. Tezliklə bir nömrə olacaqdı. Əgər o qalsaydı, hər şeyi qazanardı”.
Qeyd olunur ki, altı il PSJ formasını geyinən Neymar heç bir Avropa kuboku qazana bilməyib, “Ballon d’Or” uğrunda mübarizədə nəticə göstərməyib, 2023-cü ildə klubdan ayrılmadan əvvəl azarkeşlərin böyük hissəsinin narazılığı ilə üzləşib.
