“Baku Sportinq”in məşqçisi: “Əlaqə saxladığımız oyunçular var”

Xəbərlər
29 Dekabr 2025 13:58
51
“Baku Sportinq”in məşqçisi: “Əlaqə saxladığımız oyunçular var”

“Qış fasiləsindən sonrakı dönəmin daha gərgin olacağını bilirik. Heyəti gücləndirmək istəyirik”.

Bu sözləri Birinci Liqanın turnir cədvəlində 25 xalla ikinci pillədə qərarlaşan “Baku Sportinq”in məşqçisi Röyal Nəcəfov deyib.

O bir neçə oyunçu ilə danışıq apardıqlarını vurğulayıb.

“Sıralarımıza cəlb etmək üçün əlaqə saxladığımız oyunçular var. Amma hələlik heç birinin transferi reallaşmayıb. Dəqiqləşəndən sonra açıqlayacağıq”, - deyə o, fanat.az-a açıqlamasında deyib.

Xatırladaq ki, Birinci Liqanın lideri “Şəfa”dır. Sözügedən kollektiv “Baku Sportinq”i 5 xal qabaqlayır.

İdman.Biz