İtaliya A Seriyası: “İnter” - “Atalanta” oyununun taleyini Lautaro həll etdi - VİDEO

Xəbərlər
29 Dekabr 2025 01:48
47
İtaliya A Seriyası: “İnter” - “Atalanta” oyununun taleyini Lautaro həll etdi - VİDEO

İtaliyanın A Seriyasında keçirilən “İnter” - “Atalanta” oyununun taleyini bir qol həll edib.

İdman.Biz xəbər verir ki, görüşün ilk hissəsində “İnter”in hücumçusu Markus Türam 35-ci dəqiqədə fərqlənsə də, bu qol ləğv edilib. İkinci hissədə isə Lautaro Martines 65-ci dəqiqədə dəqiq zərbə ilə hesabı açıb və komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “İnter” 16 oyunda topladığı 36 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. “Atalanta” isə 17 matçdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.Biz