İtaliya A Seriyasının 2025/26 mövsümünün 17-ci turu çərçivəsində keçirilən “Milan” - “Verona” matçı meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada “Milan” 3:0 hesabı ilə qalib gəlib.
Hesabı 45+1-ci dəqiqədə Kriştian Pulişiç açıb. 48-ci dəqiqədə Kristofer Nkunku özü qazandığı penaltini dəqiq yerinə yetirib. 53-cü dəqiqədə isə fransalı hücumçu bir daha fərqlənərək dubl edib. Bu qollar Nkunku üçün Serie A-dakı ilk qolları olub.
Bu qələbədən sonra “Milan” turnir cədvəlinin lideridir. Komanda 16 oyunda 35 xal toplayıb. “Verona” isə 12 xalla 18-ci pillədə qərarlaşıb.
