Xuan Roman Rikelme prezident seçilib

18 Dekabr 2023 13:19
783
Xuan Roman Rikelme prezident seçilib

Argentinalı veteran futbolçu Xuan Roman Rikelme “Boka Xunyors”un prezidenti seçilib.

İdman.biz xəbər verir ki, 45 yaşlı sabiq yarımmüdafiəçi 63,7 faiz səslə bütün rəqiblərini qabaqlayıb.

Bu, “Barselona”dan sonra ən çox seçicinin qatıldığı səsvermə olub. Argentina klubunun rəhbər vəzifəsi üçün 43,367 nəfər seçkiyə qatılıb.

Qeyd edək ki, Rikelme “Boka Xunyors”da 2019-cu ildən vitse-prezidenti kimi çalışırdı.

İdman.biz