Mastantuono daha çox oynamaq istəyir

Xəbərlər
23 Dekabr 2025 15:19
33
Mastantuono daha çox oynamaq istəyir

Argentinanın gənc futbolçusu Franko Mastantuono daha çox oyun vaxtı əldə etmək niyyətindədir. Onun əsas məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatı üçün Argentina millisinin yekun heyətinə düşməkdir.

İdman.Biz xəbər verir ki, Mastantuono mütəmadi olaraq meydanda olmağın milli komandanın məşqçilər korpusunun diqqətini cəlb etmək baxımından həlledici olduğunu düşünür. Gənc yarımmüdafiəçi bu səbəbdən klub səviyyəsində daha çox şans qazanmaq istəyir.

Futbolçu hesab edir ki, sabit oyun praktikası ona həm fərdi inkişaf baxımından, həm də Argentina millisində yer almaq üçün ciddi üstünlük verə bilər. Dünya çempionatına qədər olan dövrdə Mastantuononun əsas prioriteti məhz bu istiqamətdə irəliləməkdir.

İdman.Biz