Neymar: “Finala çıxsaq, qol vuracağıma söz verirəm”

Xəbərlər
21 Dekabr 2025 09:45
52
Neymar: “Finala çıxsaq, qol vuracağıma söz verirəm”

Braziliya millisinin hücumçusu Neymar dünya çempionatı ilə bağlı böyük iddiasını ortaya qoyub. Ulduz futbolçu komandanın məqsədinin kuboku Braziliyaya gətirmək olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, Neymar bu yolda əllərindən gələni edəcəklərini deyib.

“Dünya çempionatını Braziliyaya gətirmək üçün mümkün olanı da, olmayanı da edəcəyik. İyulda məni buna görə cavabdeh tuta bilərsiniz. Ey Karlo Ancelotti (Braziliya millisinin baş məşqçisi), bizə kömək et!”

O, mümkün final oyunu ilə bağlı da xüsusi vəd verib: “Əgər finala yüksəlsək, söz verirəm, qol vuracağam”.

İdman.Biz